...

Kür-Bakı su xəttində qəza baş verdi, magistral yolu su basdı (FOTO/VİDEO)

Gündəm Materials 15 Oktyabr 2022 09:08 (UTC +04:00)
Kür-Bakı su xəttində qəza baş verdi, magistral yolu su basdı (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda magistral su kəmərindən qəza baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Nəticədə Lökbatan qəsəbəsindən keçən avtomobil yolununsu basıb.

"Azərsu"Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Trend-ə təsdiqləyib.

Qurum rəsmisi bildirib ki, gecə saatlarında ərazidən keçən 1200 mm diametrlik Kür-Bakı su xəttində qəza baş verib: "Hadisə gecə saatlarında baş verib. Nəticədə su Bakı-Qazax yoluna çıxıb. Məlumat daxil olan kimi su xətti bağlanılıb, əraziyə qəza xidməti göndərilib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı tədbirləri görülür. Hazırda "Azərsu"rəhbərliyi hadisə yerindədir, əraziyə canlı qüvvə və xüsusi texnikalar, su nasosları cəlb edilib. Hazırda suyun yoldan kənarlaşdırılması və yolda hərəkətin bərpası istiqamətində tədbirlər görülür".

Xəbər lenti

Xəbər lenti