...

Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılacaq

Gündəm Materials 4 Noyabr 2022 12:00 (UTC +04:00)
Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Həkəri çayına növbəti dəfə balıq körpələrinin buraxılışı həyata keçiriləcək.

Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, çaya balıqartırma zavodlarında yetişdirilən 200 000 çəkikimi balıq körpəsi buraxılacaq.

Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılmasının Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edən Nazirlik rəsmisinin sözlərinə görə, Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzəsinə mütəmadi olaraq balıq körpələrinin buraxılışı həyata keçirilir və bu aksiyalar gələcəkdə də davam edəcək.

"Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verən bu cür aksiyalarda balıq yetişdirən müəssisələri yaxından iştiraka, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti