...

Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb

Gündəm Materials 5 Noyabr 2022 09:26 (UTC +04:00)
Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsinə 200 000 çəkikimi balıq körpəsi buraxılıb.

Trend-in məlumatına görə, Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

“Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq”.

F.Əliyev təbii su hövzələrinə balıq buraxılışı tədbirlərinin noyabrın sonunadək davam edəcəyini qeyd edib.

Xatırldaq ki, bu ilin iyun ayında da Həkəri çayına balıq körpələri buraxılmışdı. O zaman çaya balıqartırma zavodlarında yetişdirilən 2000 qızılxallı forel körpəsi buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti