Bakı. Trend:
Xaçmazda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Sevil Mikayılova və digər şəxslər iştirak ediblər.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib. Daha sonra iştirakçılar rayon Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Tədbir çərçivəsində şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə fikir mübadiləsi aparılıb.