...

ABŞ və Türkiyə Rusiya neftinin qoyulan qiymət həddini müzakirə ediblər

Gündəm Materials 8 Dekabr 2022 02:18 (UTC +04:00)
ABŞ və Türkiyə Rusiya neftinin qoyulan qiymət həddini müzakirə ediblər

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə telefon danışığı zamanı Rusiya neftinə qoyulan qiymət həddini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildiriblər.

"Onlar dəniz yolu ilə daşınan Rusiya neftinə qoyulan qiymət hədinin tətbiqini müzakirə ediblər", - deyə bildirilib.

Danışıq zamanı U.Adeyemo vurğulayıb ki, “qiymət həddi rejimi yalnız Rusiya mənşəli neftə şamil olunacaq və Türkiyə ərazi sularından keçən gəmilərin əlavə yoxlanılmasını tələb etmir”.

"Tərəflər sadə nəzarət rejiminin tətbiqi hesabına qlobal enerji bazarında kifayət qədər təchizat səviyyəsinin saxlanması kontekstində ümumi maraqların mövcudluğunu vurğuladılar ki, buna uyğun olaraq Türkiyə boğazlarından dəniz neftinin tranzitinə icazə veriləcək", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti