Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının diaspor təşkilatları koordinasiyalı şəkildə hərəkət etməlidir.
Trend-in məlumatına görə bunu bu gün Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu zamanı Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş çıxışında bildirib.
O qeyd edib ki, diasporlarımızın olduqları ölkələrdə müəyyən yerə sahib olmalarına önəm verilir.
“Diaspor təşkilatları ilə əməkdaşlıqlarımızı hansı istiqamətdə inkişaf etdirməyimiz barəsində iş aparacağıq”, - deyə o əlavə edib.