Rasim Məmmədov 14 il azadlıqdan məhrum edildi

Gündəm Materials 28 Dekabr 2022 15:41 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Baku Steel Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədova hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində R.Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə R.Məmmədov 14 il azadlıqdan məhrum edilib.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti