...

Sülhməramlılara aid avtomobillər Laçın yolundan maneəsiz keçib (FOTO/VİDEO)

Gündəm Materials 30 Dekabr 2022 16:16 (UTC +04:00)
Sülhməramlılara aid avtomobillər Laçın yolundan maneəsiz keçib (FOTO/VİDEO)

Şuşa. Trend:

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Laçından Xankəndi istiqamətinə rusiyalı sülhməramlılara məxsus təminat-təchizat və minik avtomobilləri Laçın yolundan maeəsiz keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 19 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti