...

Qardaşını öldürən şəxsin məhkəməsi başlayır

Gündəm Materials 5 Yanvar 2023 17:18 (UTC +04:00)

Bakı. Trend:

Xəbər verildiyi kimi, 12.10.2022-ci il tarixdə Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Baş prokurorluqdan Trend-ə verilən məlumata görə, ibtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Elşad Əsədovun aralarında yaranmış mübahisə zamanı qardaşı Vüqar Əsədova xuliqanlıq niyyətilə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşad Əsədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və digər maddələrilə ittiham elan edilmişdir.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Xəbər lenti

Xəbər lenti