Bakı. Trend:
Ov obyektlərindən asılı olaraq müəyyən limit daxilində ov həyata keçirilə bilər.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, daha çox ov fəaliyyətində cənub regionu, Muğan zonası maraqlıdır.
"Bununla bağlı 3 saylı regional idarədə limitlərimiz bitib. Lakin Qazax, Şəmkir, Gədəbəy, İsmayıllı regionlarında limit az da olsa, ov mövsümü davam etməkdədir", - deyə H.Əlizadə əlavə edib.