...

İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb (FOTO)

Gündəm Materials 14 Yanvar 2023 09:04 (UTC +04:00)
İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayonun Əliqulular kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayev saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilənbaxış zamanı oradan 2 kiloqram 74 qrama yaxın heroin və 1 kiloqram 160 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti