Şuşa. Trend:
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, 4 avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.
Bu gün ümumilikdə 19 avtomobil Xankəndi-Laçın yolunun hər iki istiqamətinə maneəsiz keçid edib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 38 gündür davam edir.