...

"Türk Dünyası" (Turkic.World) media platforması və Türkiyə Humanitar Yardım Vəqfi tərəfdaşlıq memorandumu imzalayıb

Gündəm Materials 18 Yanvar 2023 15:28 (UTC +04:00)
"Türk Dünyası" (Turkic.World) media platforması və Türkiyə Humanitar Yardım Vəqfi tərəfdaşlıq memorandumu imzalayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) tərəfdaşlıq memorandumu imzalayıb.

Trend-in məlumatına görə, memoranduma əsasən, "Turkic.World" media layihəsi İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin rəsmi media tərəfdaşı olub.

İmzalanan memorandum çərçivəsində "Turkic.World" media platformasında vəqflə bağlı xəbərlər dərc olunacaq, eləcə də vəqfin türkdilli ölkələrdə həyata keçirdiyi layihələr haqqında mütəmadi məlumatlar veriləcək.

Xatırladaq ki, Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi 1992-ci ildə İstanbulda təsis edilib.

Vəqf müharibə və təbii fəlakətlərdən əziyyət çəkən insanlara maddi yardımlarla yanaşı, onlara istiqamətlənmiş müxtəlif sosial layihələr də həyata keçirir.

Dünyanın 123 ölkəsində fəaliyyət göstərən vəqf Türkiyə Böyük Millət Məclisinin Üstün Xidmət Mükafatı ilə təltif edilib.

Qeyd edək ki, "Türk Dünyası" ("Turkic.World") media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin “Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

"Türk Dünyası" (Turkic.World) media platforması 2021-cil ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub.

Eyni zamanda "Turkic.World" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.

Bununla yanaşı "Turkic.World" media layihəsi İstanbul Ticarət Universiteti və Azərbaycan İlahiyyat İnstitutu ilə də tərəfdaşlıq memorandumu imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti