...

Təbii yataqlarımızda monitorinqin keçirilməsi vacibdir və keçiriləcək - Muxtar Babayev

Gündəm Materials 20 Yanvar 2023 12:32 (UTC +04:00)
Təbii yataqlarımızda monitorinqin keçirilməsi vacibdir və keçiriləcək - Muxtar Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Laçın-Xankəndi yolunda keçirilən aksiyada ekofəalların əsas məqsədi təbii sərvətlərimizin qanunsuz istismarının qarşısını almaqdır.

Trend-in məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, işğal dövründə ərazilərimizdə təbii sərvətlərimiz talan olunub, təbiətimizə meşələrimizə qarşı ekoterror törədilib.

"Bu qanunsuzluqların qarşısını almaq üçün monitorinqin keçirilməsi vacibdir və keçiriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü bütün tələblər üzərində ciddi işlər davam etdirilir və biz onlara nail olacağıq - deyə M.Babayev əlavə edib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 40 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti