...

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib (FOTO)

Gündəm Materials 20 Yanvar 2023 19:27 (UTC +04:00)
Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib (FOTO)

Bakı. Trend:

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib.

Trend xəbər verir ki, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahından başlayan yürüşdə ziyarətçilər ilk öncə Şəhidlər xiyabanına getmiş, şəhidlərin ruhlarına dualar oxunmuş, məzarlarına gül dəstələri qoyulmuş və şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonda Xüsusi Nümayəndə Emin Hüseynov çıxış etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti