...

Tehrana yeni polis rəisi təyin edildi

Gündəm Materials 27 Yanvar 2023 16:16 (UTC +04:00)
Tehrana yeni polis rəisi təyin edildi

Bakı. Trend:

İranda Tehranın yeni polis rəisi Abbas Əli Mohammedian təyin edilib.

Trend-in məlumatına görə, İranın polis rəisi Əhməd Rza Radan Azərbaycan səfirliyinə hücumdan dərhal sonra yeni təyinatı açıqlayıb.

Xatırladaq ki, Mohammedianın hələ ötən il Aİ və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalmışdı.

O, 2017-ci ildən etibarən bu vəzifəni tutan Rəhimini əvəz edəcək.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Xəbər lenti

Xəbər lenti