...

Azərbaycan səfirliyinə hücum edən terrorçunun fotosu (FOTO)

Gündəm Materials 27 Yanvar 2023 16:54 (UTC +04:00)
Azərbaycan səfirliyinə hücum edən terrorçunun fotosu (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Trend-in məlumatına görə, hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Hücum anının videogörüntülərindən məlum olur ki, terrorçu səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb. Səfirliyin mühafizəçisinin çevik müdaxiləsi nəticəsində böyük bir itkinin qarşısı alınıb.

Azərbayca səfirliyinə hücum edən terrorçunun fotosunu təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti