Bakı. Trend:
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik xilasetmə qüvvələrinin Türkiyəyə yollanması barədə tapşırıq verib.
Trend-in əldə etdiyi məlumata görə, ilkin mərhələdə 370 nəfərlik heyət hazırlanıb. Heyətin yola düşməsi üçün hazırlıq işləri yekunlaşıb.
Yaxın saatlarda heyət Heydər Əliyev Hava Limanından Türkiyəyə yola salınacaq.
Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.