...

34 nəfərlik azərbaycanlı həkim heyəti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göstərəcək

Gündəm Materials 7 Fevral 2023 12:25 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Türkiyəyə gedən 34 nəfərlik həkim heyəti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göstərəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat verib.

Qeyd edilib ki, 34 nəfərlik həkim heyətini və digər ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər Adanaya yola düşüb.

Xatırladaq ki, ötən gün Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti