...

Azərbaycanlı xilasedicilər tərəfindən 45 nəfər dağıntılar altından sağ çıxarılıb

Gündəm Materials 10 Fevral 2023 09:27 (UTC +04:00)
Azərbaycanlı xilasedicilər tərəfindən 45 nəfər dağıntılar altından sağ çıxarılıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə Trend-ə FHN-dən xəbər verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti