...

Laçın yolundan sülhməramlıların növbəti avtomobil karvanı keçib (FOTO)

Gündəm Materials 21 Fevral 2023 13:28 (UTC +04:00)
Laçın yolundan sülhməramlıların növbəti avtomobil karvanı keçib (FOTO)

Şuşa. Trend:

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 17 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Beləliklə daha 2 minik və 15 yük avtomobili Xankəndidən Laçına maneəsiz hərəkət edib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti