...

Tərtər rayonunun Talış kəndində bayram tonqalı qalandı (FOTO)

Gündəm Materials 20 Mart 2023 20:00 (UTC +04:00)
Tərtər rayonunun Talış kəndində bayram tonqalı qalandı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Aslan Məmmədli, Tərtər, Trend.

30 ildən sonra ilk dəfədir ki, Tərtərin Talış kəndinin sakinləri öz dogma yurd-yuvalarında Novruz bayramını qeyd edir.

Trend xəbər verir ki, doğma Talışın tam mərkəzində sakinlər böyük bir tonqal qalayıb. Bu tonqal bundan sonra İşğaldan azad olunan yurd-yuvalarımızda da davamlı olaraq alovlanacaq.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

Bu il Azərbaycana yaz fəsli martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-də qədəm qoyacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti