...

İmişlinin axundu rayonu bir-birinə qatıb – “İrandan tapşırıq alır”

Gündəm Materials 21 Aprel 2023 15:10 (UTC +04:00)
İmişlinin axundu rayonu bir-birinə qatıb – “İrandan tapşırıq alır”

Bakı. Trend:

Ramazan bayramı ilə bağlı fikir ayrılığı ətrafında müzakirələr davam edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə aprelin 21-i Ramazan bayramıdır. Artıq bayram namazı qılınıb. QMİ-dən bildirilib ki, bu gün oruc tutmaq günahdır.

Prezident İlham Əliyev xalqı Ramazan bayramı münasibəti ilə təbrik edib. Azərbaycanda əksəriyyət aprelin 21-ni bayram kimi qeyd edir.

Trend-in məlumatına görə, amma bəzi qruplar yenidən çaşqınlıq yaratmağa çalışır. Bayramın bu gün olmadığını, orucluğun davam etdiyini deyirlər, bu haqda sosial şəbəkələrdə təbliğat aparırlar. Bu qrupların İrana bağlı olması ilə bağlı iddialar səsləndirilir.

Globalinfo.az-a daxil olan məlumata görə, bəzi rayonların axundları bu təxribatlarda birbaşa iştirak edir. Saytımıza verilən məlumatda deyilir ki, İmişli rayonunun axundu Hacı Adgözəl İrandan aldığı tapşırıqla Ramazan bayramının bu gün olmadığını elan edib. Rayon sakinləri iddia edirlər ki, axund İrandakı mərkəzlərdən göstəriş aldığı üçün belə fətva verib.

Sakinlərin Globalinfo-ya bildirdiyinə görə, hazırda rayonda çaşqınlıq yaranıb. Rayonun inanclı insanlarının yarısı orucu bu gün açıb, yarısı da İran təqviminə uyğun olaraq sabah açacağını deyib. Rayonun axundunun telefonunu söndürərək, İmişlidən qaçdığı haqda məlumat dolaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti