...

Təbii fəlakətin Tərtərə vurduğu ziyan məlum olub

Gündəm Materials 1 May 2023 13:45 (UTC +04:00)
Təbii fəlakətin Tərtərə vurduğu ziyan məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonuna dəymiş ziyan barədə ilkin məlumat açıqlanıb.

Tərtər Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun Dəmirçilər kəndində vətəndaşlara məxsus 70 fərdi yaşayış evinin həyətini su basmış, 16 hektar buğda, 15 hektar arpa, 3 hektar pambıq, 5 hektar günabaxan, 30 hektar yonca sahəsinə ağır və orta dərəcədə ziyan dəyib.

"Ağkənd kəndində vətəndaşlara məxsus 40 fərdi yaşayış evinin həyətini su basmış, 23 hektar buğda, 25 hektar arpa, 7 hektar günabaxan, 20 hektar yonca sahəsinə ağır və orta dərəcədə ziyan dəyib",-deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti