...

Günnüt əməliyyatının gizli detalları - Trend TV-nin Naxçıvandan reportajı

Gündəm Materials 20 May 2023 10:49 (UTC +04:00)
Günnüt əməliyyatının gizli detalları  - Trend TV-nin Naxçıvandan reportajı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Günnüt əməliyyatından beş il keçir. Günnüt əməliyyatı Ali Baş Komandanın tapşırığına əsasən icra edilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun 2018-cı il mayın 20-dən 27-nə qədər keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirilib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov şəhid olub.

Müdafiə Nazirliyinin Naxçıvana təşkil etdiyi mediaturla Günnüt əməliyyatının keçirildiyi yerlərə səfər etdik. Əsas yoldan ayrılıb hərbi maşınlarla Günnütə doğru hərəkət edirik. Kəndə doğru yol çəkilib. Əsgərlərimizin xidmət etdiyi yüksəkliklərdə qurduğu postları geridə qoyaraq irəliləyirik. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun düşmən tapdağından təmizlənmiş Günnütə və əsgərlərimizin mövqe qurduğu yerə çatırıq. Əsgərlərin yaşayışı və xidməti üçün burada lazımi şərait yaradılıb. Ərzaq təminatları da yüksək səviyyədədir.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Günnüt əməliyyatında iştirak edən Xüsusi Təyinatlıları ilə döyüşlər barəsində həmsöhbət olduq. Hərəsi bir qəhrəmandır.

Onlar uğurlu əməliyyatın sirlərini Trend-ə danışıblar.

VİDEO - Seymur İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti