...

Sabah bəzi rayonlarda duman olacaq

Gündəm Materials 22 İyul 2023 12:59 (UTC +04:00)

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, rayonlarda əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb bölgələrində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti