...

Ötən gün axtarışda olan 68 nəfər saxlanılıb

Gündəm Materials 26 İyul 2023 10:22 (UTC +04:00)
Ötən gün axtarışda olan 68 nəfər saxlanılıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 25-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti