...

"Azərkosmos”un ixrac gəlirləri açıqlanıb

Gündəm Materials 1 Sentyabr 2023 10:24 (UTC +04:00)
"Azərkosmos”un ixrac gəlirləri açıqlanıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") tərəfindən dünyanın 45 ölkəsinə 11,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilib.

2022-ci ilin eyni dövrü ilə müqayisədə peyk telekommunikasiya xidmətlərinin ixrac edilən ölkələrin sayı 10 ədəd artıb, ixrac gəlirləri isə 4 milyon ABŞ dolları (26,5 %) azalıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib. 2023-cü ilin iyul ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 983,6 min ABŞ dolları ilə BƏƏ, 613,8 min ABŞ dolları ilə Almaniya və 472,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti