...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Gündəm Materials 6 Sentyabr 2023 13:11 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp" tərtibatçıları "Android"də interfeysin kütləvi şəkildə yenidən dizaynına hazırlaşır.

Trend-in məlumatına görə, "WhatsApp"da yeni interfeys 2.23.13.16 beta versiyasında aşkarlanıb.

Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl "WhatsApp" yazısı görünəcək.

Messencerin yeni versiyasında "Söhbətlər", "Status" və "Zənglər" tabları aşağı naviqasiya panelinə köçürülüb və oraya "İcmalar" bölməsi əlavə edilib.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti