...

Blinken ilə Quterreş taxıl müqaviləsini müzakirə ediblər

Gündəm Materials 17 Sentyabr 2023 05:22 (UTC +04:00)
Blinken ilə Quterreş taxıl müqaviləsini müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş şənbə günü telefon danışığında Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı məsələləri müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında bildirilib.

Onun sözlərinə görə, A.Blinken və A.Quterreş “bir çox məsələləri, o cümlədən Qara dəniz taxıl müqaviləsini”, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını və Haitidəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

"nlar BMT Baş Assambleyasında ABŞ-ın prioritetlərini, o cümlədən BMT Nizamnaməsinin və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsiplərinə dəstək, 21-ci əsrin çağırışlarına cavab vermək üçün BMT-nin yenilənməsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq səylərini müzakirə ediblər", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti