Ağdam. Trend:
Lokal əməliyyatlar nəticəsində Azərbaycanın nəzarətinə keçmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində 10 hektara yaxın narkotik plantasiyası aşkarlanıb.
Bu barədə Trend-in Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.
"Belə ki, 10 hektarlıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyası aşkarlanıb. Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları narkoplantasiyanın aşkarlandığı ərazidədir".
Ərazidən görüntüləri təqdim edirik: