Bakı. Trend:
Xankəndidə “Azərpoçt" MMC-nin filialı fəaliyyətə başlayıb.
Bu barədə Trend-ə “Azərpoçt" MMC-dən bildirilib.
Xatırladaq ki, oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının ərazisində, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində Azərbaycan bayrağını ucaldıb. Bununla, da bütün ərazilərimizdə suverenliyimiz tam təmin edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunublar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edib, qeyri-qanuni erməni silahlı dəstələri buraxılıb.