...

“YouTube”dan yeni süni intellekt - Mahnıları müğənnilərin səsi ilə oxuyun

Gündəm Materials 21 Oktyabr 2023 10:42 (UTC +04:00)
“YouTube”dan yeni süni intellekt - Mahnıları müğənnilərin səsi ilə oxuyun
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“YouTube”un üzərində işlədiyi yeni süni intellekt vasitəsilə sevdiyiniz müğənnilərin səsi ilə mahnılar oxuya biləcəksiniz.

Trend-in məlumatına görə, “YouTube” bu alətin öyrədilməsi və mahnıların hüquqlarını almaq üçün bir sıra musiqi şirkətləri ilə əlaqəyə keçib.

Qeyd edək ki, “YouTube” dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə “PayPal” işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında “Google” tərəfindən satın alınıb.

"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti