...

Tərtərdə 63 yaşlı şəxs minaya düşüb (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 5 Noyabr 2023 14:14 (UTC +04:00)
Tərtərdə 63 yaşlı şəxs minaya düşüb (ƏLAVƏ OLUNUB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Tərtər rayonunda mina partlayışı baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata gröə, 2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”

xxx

12:49

Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, rayonun Seyidimli kənd sakini 1960-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu partlayış nəticəsində ayağından xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti