Bakı. Trend:
Çalışırıq ki, qadınların həyatında mühim əhəmiyyət kəsb edən məsələləri diqqət saxlayaq.
Trend xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş Katibinin müavini Kashif Zaman Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Təhsilli qadınlar cəmiyyətin inkişafının dayağıdır. Onlarln savadlı olması, cəmiyyətin savadlı olmasıdır. Dünyanın 70 faiz yoxsul əhalisi təəssüflər olsun ki, qadınlardan ibarətdir. Onların təhsil alması, rifahının yaxşılaşdırılması, onlara qarşı zoraklığı dayandıra bilər.
Bərabərliyin təmin olunması üçün təhsil aparıcı məqsədlərdən biridir. Siyasi qərarvermədə qadınların rolunun gücləndirilməsi, demokratiyanın gücləndirilməsi deməkdir”,- deyə o bildirib.