...

Bərdədəki yasda bədbəxt hadisə nəticəsində ölən şəxsin kimliyi məlum olub

Gündəm Materials 23 Noyabr 2023 14:37 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə evdə baş verən uçqunda ölən şəxsin kimliyi məlum olub.

Trend-in yerli bürosu xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin döşəmə hissəsinin çökməsi nəticəsində 22 nəfər xəsarət alıb bir nəfər isə ölüb.

Ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.

Qeyd edək ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib. Yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar. Qəflətən döşəmə çöküb.

Xəbər lenti

Xəbər lenti