...

Zabuxda daha 25 ailəyə evlərin açarları təqdim olunub (FOTO)

Gündəm Materials 23 Noyabr 2023 15:58 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçın rayonu Zabux kəndində daha 25 ailəyə evlərin açarları təqdim olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, onlar sevinc hissi ilə evlərində məskunlaşıblar.

​Laçın rayonunun Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha​ 93 nəfər öz doğma kəndində məskunlaşıb.

Bugün ki, köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Zabuxa qədəm qoyan ailələr​ qarşılandıqdan sonra açarların təqdim edilməsi mərasimi keçrilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr​ sevinc hissi ilə açarları təhvil alıb. Bununla da Zabux kəndində​ 121 ailə, yəni 475 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, Zabux kənd sakinləri üçün öz doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti