...

Yaxın zamanda Azərbaycanla sülh sazişinin imzalanması realdır - Paşinyan

Gündəm Materials 14 Dekabr 2023 11:27 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.

Trend xəbər verir ki, Ermənistanın baş naziri bu barədə dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin üç əsas prinsipi regional nəqliyyat kommunikasiyalarının açılması və bu kommunikasiyaların keçdiyi ölkələrin suverenliyinin qorunması, Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) ərazi bütövlüyünün tanınması və son Sovet xəritələri əsasında sərhədlərin delimitasiyasından ibarətdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Naziri Aparatı arasında aparılan danışıqların nəticəsi olaraq, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunması birbaşa olaraq Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin humanizm prinsiplərinin növbəti təzahürüdür.

Tərəflər, xüsusilə də Azərbaycan bir daha nümayiş etdirdi ki, Ermənistanla Azərbaycan arasında sülh prosesində, münasibətlərin normallaşdırılması istiqamətində üçüncü tərəfə və ya vasitəçiyə ehtiyac yoxdur. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, bölgədə uzunmüddətli sülh və dayanıqlı təhlükəsizliyin əldə edilməsi istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir.

Xəbər lenti

Xəbər lenti