...

Prezident seçkilərində namizəd olmaq istəyənlərin sayı 15-ə çatıb

Gündəm Materials 23 Dekabr 2023 16:26 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbədənkənar Prezident seçkilərində prezidentliyə namizəd olmaq istəyənlərin sayı 15-ə çatıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənaov deyib.

O qeyd edib ki, 7 nəfərin namizədliyi təsdiq edilib və 8 nəfərin namizədliyinin təsdiq edilməsi məsələsinə baxılır.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti