Bakı. Trend:
Elektron Təhlükəsizlik Xidməti “Whatsapp”la bağlı xəbərdarlıq edib.
Trend Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, hazırda vətəndaşların “Whatsapp” hesablarının ələ keçirilməsi halı müşahidə olunur.
"Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir. Qeyd olunanları nəzərə alaraq, “Whatsapp” hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti əlaqə saxlamağınızı və ya [email protected] e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik", - xidmətdən bildirilib.