Bakı. Trend:
Husilər Yəmən sahillərində ABŞ-a məxsus iki gəmini atəşə tutduqlarını bildiriblər.
Trend-in məlumatına görə, bu barədə Yaxın Şərq KİV-ləri xəbər verib.
Söhbət Yunanıstan bayraq altında gedən "Sea Champion" gəmisi və Marşal Adaları bayraqlı "Navis Fortuna" gəmisindən gedir. Bununla belə, hər iki gəminin sahibləri ABŞ-da yerləşir.
Husilər hədəfləri vura bilib-bilmədiklərini dəqiqləşdirməyiblər.