...

Psixiatriya Xəstəxanasında müalicə alan şəxs yemək yeyərkən başının arxasından şillə vurulması nəticəsində ölüb

Gündəm Materials 21 Fevral 2024 11:34 (UTC +04:00)
Psixiatriya Xəstəxanasında müalicə alan şəxs yemək yeyərkən başının arxasından şillə vurulması nəticəsində ölüb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən şillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub.

Trend xəbər verir ki, həmin faktla bağlı hazırda Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.

Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə şillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.

Xəbər lenti

Xəbər lenti