...

Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir (FOTO)

Gündəm Materials 28 Fevral 2024 17:54 (UTC +04:00)
Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə "Hərbi tibb kursu" keçirilir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən "NATO-nun tibbi dəstəyi", "Hərbi tibbi planlaşdırma" və "Tibbi təxliyənin planlaşdırma"sı və digər mövzularında məruzələr təqdim olunur.

Cari ilin mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir.

Xəbər lenti

Xəbər lenti