Bakı. Trend:
Bugün Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov və 1963-cü il təvəllüdlü həyat yoldaşı Məmmədova Münəvvər Rza qızı yaşadığı evdə qətlə yetirilib.
Trend xəbər verir ki, 3 il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığı rayonda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub.
Yaşadığı Kərimbəyli kəndində İstixana (parnik) biznesi var imiş. Hər iki şəxs yaşadıqları evdə qətlə yetiriblər.