...

İsrail Qəzzaya humanitar yardım aparan 277 yük maşınını buraxıb

Gündəm Materials 4 Mart 2024 06:21 (UTC +04:00)
İsrail Qəzzaya humanitar yardım aparan 277 yük maşınını buraxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hakimiyyəti humanitar yardım daşıyan 277 yük maşınının Qəzza zolağına daxil olmasına icazə verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi yanında İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) bildirib.

Məlumata əsasən, martın 3-də humanitar yardım daşıyan ümumilikdə 277 yük maşını yoxlanılaraq Qəzzaya çatdırılıb.

"Bu, müharibənin başlanmasından bəri bir gündə [anklava] buraxılan ən çox yük maşınıdır", - deyə təşkilat qeyd edib. Bildirilib ki, İsrail hakimiyyəti “Qəzza zolağına humanitar yardımın həcmini məhdudlaşdırmır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti