...

“Telegram” hesabınız ələ keçirilə bilər - XƏBƏRDARLIQ

Gündəm Materials 9 Aprel 2024 14:18 (UTC +04:00)
“Telegram” hesabınız ələ keçirilə bilər - XƏBƏRDARLIQ
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Trend-ə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hazırda vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır.

Vətəndaşlara “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur", - məlumatda deyilir.

Aktivləşdirmə prosesinin həyata keçirilməsi ilə videoda tanış ola bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti