Bakı. Trend:
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən rayon sakini Aydın Hidayətov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onun həyətyanı sahəsinə baxış zamanı 33 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.