...

Bakıda ağacların qanunsuz kəsilməsi müəyyən olunub - AÇIQLAMA

Gündəm Materials 22 İyun 2024 14:39 (UTC +04:00)
Bakıda ağacların qanunsuz kəsilməsi müəyyən olunub - AÇIQLAMA

Bakı. Trend:

Sosial şəbəkələrdə Bakıda ağacların qanunsuz yolla kəsilməsi ilə bağlı məlumatlar və görüntülər yayılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baki şəhər yaşıllaşdırma təsərrüfatı birliyindən bildirilib ki, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin kəsişməsində yerləşən ağaclarla bağlı məlumatlıdırlar.

”Sözügedən əraziyə əməkdaşlarımız tərəfindən mütamadi olaraq baxışlar keçirilmiş və əvvələr birlik tərəfindən qeydiyyata alınmış müxtəlif cins ağacların qeyri-qanuni olaraq götürülməsi , məhv edilməsi faktları müəyyən edilib.

Bununla bağlı birlik tərəfindən aktlar tərtib olunaraq 26 dekabr 2023-cü il və 29 fevral 2024 -ci il tarixlərində aidiyyatı üzrə hüquq - mühafizə orqanlarına göndərilib”.

Xəbər lenti

Xəbər lenti