...

Bakıda salınan yeni parkda görülən işlər məlum olub

Gündəm Materials 12 İyul 2024 16:28 (UTC +04:00)
Bakıda salınan yeni parkda görülən işlər məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsindən Nasib bay Yusifbəyli küçəsi istiqamətində yerləşən ərazidə salınacaq yeni parkda 4 mindən çox yeni ağac əkiləcək.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin keçirdiyi ictimai dinləmədə məlumat verilib.

Məlumat verilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsindan Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində park salınması işləri davam etdirilir.

Bildirilib ki, parkın salınması istiqamətinda görülən tədbirlər çərçivəsində ərazidə mövcud olan yaşayış binası və digər təyinatlı obyektlar sahiblərinə kompensasiya verilərək sökülüb.

Ümumi sahəsi 20 ha təşkil edən parkda 14 ha yaşıllıq sahəsinin salınması, o cümlədən ərazidə mövcud ağaclar qorunmaqla 30 adda 4840 ədəd yeni ağac, 40 adda 200 mindən çox kol və güllərin əkilməsi nəzərdə tutulub.

Mövcud və yeni salınacaq yaşıllıq sahalennin suvanılması üçün ərazidə iki ədəd yeni artezian quyusu qazılıb.

Həmçinin bildirilib ki, salınan yeni parkın Dədə Qorqud parkı ilə əlaqələndirilməsi üçün Vaqif prospekt vasitəsilə yeraltı piyada keçidi inşa edilir.

İctimai dinləmədə parkın COP29 konfransına qədər istifadəyə veriləcəyinin proqnozlaşdırıldığı deyilib.

Xəbər lenti

Xəbər lenti