Bakı. Trend:
Saxlanılan ermənilərin qaytarılması məsələsi Bakı ilə sülh müqaviləsi layihəsinə daxil edilməyib.
Trend xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
Ermənistan parlamentinin rəhbəri İrəvanın Bakı ilə danışıqlardan gözləntilərini açıqlayıb:
"İrəvan ilə Bakı arasında sülh müqaviləsi layihəsində saxlanılan ermənilərin qaytarılması məsələsi yoxdur. Lakin bu problem bütün müzakirə olunan platformalarda gündəmə gətirilir".
O xatırladıb ki, məsələ 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata daxil edilib.